Bütün xəbərlər
Uşaq musiqi məktəbində Cabbar Qaryağdıoğluya həsr olunmuş konsert təşkil edilib
Tarix: 19-12-2021 21:38 | Bölmə: Mədəniyyət


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun 160 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, aparıcı Cabbar Qaryağdıoğlunun yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri içərisində ilk dəfə olaraq 1986-cı ildə məhz məktəbimizdə xanəndə sinfi açılıb. 1989-cu ildə məktəbimizə görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun adı verilib. Az bir vaxt ərzində bu sinfin şagirdləri respublika müsabiqələrində, həmçinin ölkəmizdən kənarda dövlətimizi yüksək səviyyədə təmsil edib və məktəbin adını ucaldıblar.
Konsertdə Cabbar Qaryağdıoğlunun həyatından kiçik səhnəcik, musiqi repertuarından muğam, təsniflər və xalq mahnıları məktəbin şagirdləri və məzunlar tərəfindən ifa olunub.




Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya