Bütün xəbərlər
Məşhur türkiyəli müğənninin manatla bağlı paylaşımı gündəm oldu - Foto
Tarix: 17-12-2021 20:25 | Bölmə: Mədəniyyət

                    Məşhur türkiyəli müğənninin manatla bağlı paylaşımı gündəm oldu


Xəbər verdiyimiz kimi, Türkiyə lirəsi bir müddətdir dollar qarşısında dəyər itirməkdədir. Lirənin ucuzlaşması mamatın da Türkiyə milli valyutası qarşısında güclənməsinə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, məşhur türkiyəli müğənni, “Athena” qrupunun solisti Gökhan Özoğuz lirənin ucuzlaşması ilə bağlı Tvitter hesabında ironik paylaşım edib.
“1 Azərbaycan manatı = 10 Türk lirəsi.
Hər şey üçün təşəkkürlər”, - müğənni qeyd edib.
Onun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya