Bütün xəbərlər
Bunu ilk dəfə Aygün etdi
Tarix: 17-12-2021 20:21 | Bölmə: Mədəniyyət

                     Bunu ilk dəfə Aygün etdi



Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rusdilli albomunu rəqəmsal platformalarda təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bu albom Azərbaycanda innovativ “Dolby Atmos” səs formatında səslənən ilk albomdur. Qeyd edilir ki, albom Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.
Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.
 


Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya