Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” qala-konserti keçiriləcək
Tarix: 17-12-2021 13:35 | Bölmə: Mədəniyyət

                    Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” qala-konserti keçiriləcək


Dekabrın 29-da Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” adlı qala konsert olacaq.
"Qafqazinfo" xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçəcək.
Qala-konsertdə solistlər - Xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano), Əməkdar artist Ramil Qasımov çıxış edəcəklər.
Tanınmış musiqiçilərin ifalarında Elza İbrahimova, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Oqtay Zülfüqarov, Sergey Raxmaninov, Sevil Əliyeva, Tofiq Quliyev və Üzeyir Hacıbəylinin əsərləri səslənəcək. 
Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə icazə verilib. Bunu nəzərə alaraq satışa məhdud sayda bilet çıxarılacaq. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.


Baxış sayı: 421


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya