22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyəli ekspert: Azad edilmiş ərazilərdəki tarixi abidələr təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin mirasıdır
Tarix: 13-12-2021 22:51 | Bölmə: Mədəniyyət


Qarabağ mənim üçün bir cənnətdir. Bu yerlərdə olmaq və onun havasını udmaq çox gözəldir. Komandamız Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və Saatlı məscidinin bərpasında iştirak edir. Saatlı məscidi çox gözəl abidədir və bu məscidin oxşarlarından İstanbulda və Ankarada çoxdur. İşğal zamanı məscid demək olar ki, yararsız hala düşüb. Məscidlərin bərpası ilə bağlı gərgin iş gedir.
Bunu işğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələrlə bağlı dekabrın 13-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edən bərpa işləri üzrə türkiyəli ekspert Əli Əmrah Ünlü AZƏRTAC-a açıqlamasında deyib.
Türkiyəli ekspert deyib: “Ermənilər işğal dövründə məscidlərin bəzilərindən tövlə kimi istifadə ediblər və divarlarda güllə izləri var. Bu mədəni və dini abidələr təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin mirasıdır və onları qorumaq vacibdir. Sevinirik ki, tezliklə bu tarixi abidələri öz əvvəlki görkəminə qaytara biləcəyik”.





Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər