Bütün xəbərlər
Gəncəli rəssam bacı-qardaş da Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisində diploma layiq görülüblər
Tarix: 07-12-2021 23:01 | Bölmə: Mədəniyyət
                      

Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi açılışı olub.
 
Zəfərimizə həsr olunan "Xarıbülbül" festivalında Azərbaycandan bir çox rəssamlarla bərabər Sona Məhərrəmova və qardaşı Məhər Məhərrəmov da iştirak ediblər. Və diploma layiq görülüblər.

Sona Məhərrəmova sərgidə iştirak etməyi ilə bağlı söhbət zamanı belə dedi:"Sərgidə bədii şüşə üslubunda işlədiyim Qarabağ xalçası və batika sənəti üslubunda işlədiyim “Xarıbülbül nəğməsi “adlı əsərimlə iştirak etmişəm. "Zəfərimizə

həsr olunan "Xarıbülbül" festivalında iştirak etdiyimiz üçün çox qürur duyuruq.Biz öz sahəmizdə xalqın yanındayıq!.. Zəfərimiz mübarək azad xalqım".
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
                      













Baxış sayı: 1 595


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya