Bütün xəbərlər
Beynəlxalq Muğam Mərkəzində Almaxanım Əhmədlinin təqdimat konserti keçirilib
Tarix: 07-12-2021 01:53 | Bölmə: Mədəniyyət

   Azərbaycanın populyar və sevilən müğənnisi istedadlı xanəndə, müsabiqələr qalibi" Qran- Pri " mükafatçısı, Aztv- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədlinin təqdimat konserti keçirilib.
  Yeni konseptini təqdim edən Almaxanımın təqdimat konsertinin çəkilişi Beynəlxalq Muğam Mərkəzində olub.
    Saytımıza açıqlama verən Almaxanım Əhmədli yeni komandası ilə birlikdə pop və milli janrda olan mahnılardan ibarət canlı ifalarını tezliklə sosial mediada təqdim edəcəyini və yaxın aylarda baş tutacaq solo konsertinin tarixini də açıqlayacağını bildirib.
    Almaxanımın produseri və komandasının musiqi rəhbəri Rəşadət Fərzəliyev bildirib ki, neçə müddətdir işbirliyinə başlayıblar və bir neçə ay yeni konsept üzərində çalışıblar.
   Rəşadət Fərzəliyev qeyd edib ki, konsert repertuarından əlavə 2022-də çıxacaq olan Almaxanımın akustik albomunun səsyazmaları da davam edir. O, çox yaxın aylarda Almaxanımın böyük komandası və müasir musiqi tərtibatı ilə izləyiciləri heyrətləndirəcəyini vurğulayıb.
Sabaha-inamla.az








Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya