Bütün xəbərlər
Məktəb müəllimi ilə görüşən Adel ağladı - Video
Tarix: 23-11-2021 15:52 | Bölmə: Mədəniyyət

                    Məktəb müəllimi ilə görüşən Adel ağladı


Uzun fasilədən sonra səhnəyə dönən britaniyalı müğənni Adel “London Palladium” konsert zalının səhnəsində çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, müğənninin çıxışını ITV telekanalı “An Audience With...” proqramı çərçivəsində lentə alıb.
Çəkilişin ən emosional anlarından biri Adelin onu sənətlə məşğul olmağa ilhamlandıran şəxslə - məktəb müəllimi ilə bağlı danışdığı tarixçə olub. Həmin an haqqında danışdığı müəllimin zalda peyda olması isə Adel üçün gözlənilməz sürpriz olub, müğənni göz yaşlarına boğulub.

             


Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya