Bütün xəbərlər
Emin onlayn musiqi satışından əldə etdiyi gəlirini açıqladı
Tarix: 18-11-2021 11:31 | Bölmə: Mədəniyyət

                     Emin onlayn musiqi satışından əldə etdiyi gəlirini açıqladı



Xalq artisti Emin Ağalarov internet üzərindən musiqi satışından əldə etdiyi illik gəlirini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Business FM”ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu rəqəm təxminən 1 milyon dollara (1,7 milyon AZN-red.) bərabərdir. Emin qeyd edib ki, bu, pis göstərici deyil.
Xalq artisti bildirib ki, gənc artistlər daha çox qazanır: “Çünki onların auditoriyası daha çoxdur və trekləri populyardır. Onlar ilk sıralarda daha tez-tez və uzun müddət qalır”.
Emin musiqidən genişmiqyaslı biznes qurmağa cəhd etmədiyini, bundan zövq aldığını deyib: “Şadam ki, öz auditoriyam var”.


Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya