Bütün xəbərlər
Yaşar Nurinin 70 illik yubileyi qeyd olundu
Tarix: 04-11-2021 11:52 | Bölmə: Mədəniyyət

                    Yaşar Nurinin 70 illik yubileyi qeyd olundu



Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçən gecədə mərhum aktyorun həyat yoluna nəzər salınıb, onun teatr və kino sahəsində bənzərsiz bir aktyor olduğu vurğulanıb.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. 
“O bizi tərk etsə də, özündən sonra qoyub getdiyi miras davamçıları tərəfindən yaşadılmalıdır. Çox istərdik ki, teatr səhnəsində Yaşar Nuri kimi fədakar və istedadlı aktyorlar yetişsin”, - deyə nazir bildirib.
Gecədə Yaşar Nurinin teatr tamaşaları, filmləri və televiziya tamaşalarından fraqmentlər nümayiş olunub.





Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya