22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
AZƏRBAYCANDA XOVSUZ XALÇALAR -Xalçaçılığa aid yeni kitab
Tarix: 02-11-2021 11:14 | Bölmə: Mədəniyyət

    
Şərq-Qərb nəşriyyatında   Azərbaycan Rəssamlıq Akademiyasının  “Sənət tarixi” kafedrasının professoru, elmlər doktoru, əməkdar incəsənət xadimi Kübra Əliyevanın “Azərbaycanda xovsuz xalçalar” adlı kitabı nəşr edilmişdir.Kitab uzun illərin ağır əməyi nəticəsində  toplanan xovsuz xalçaların sərgisindən ibarətdir. Burada xovsuz xalçaların texnologiyası, bədii xüsusiyyətləri, toxunma üsullarından  bəhs edilir. Kitab 350 səhifədən ibarətdir. Biri-birindən bədii simvolikailə seçilən və eləcə də
dünya muzeylərini bəzəyən     Azərbaycan xalçalarından bəhs edən alim, bu kitabda  rəngli şəkil  illyüstrasiyalarından  istifadə etmişdir.  Alim


     Azərbaycan  Xalça məktəbini  və  buradakı dörd   istiqaməti önə çəkmişdir. Belə ki, bunlar  tərəkəmə nümunələri, oturaq kənd əhalisi arasındakı nümunələr,  şəhər əhalisi arasındakı nümunələr  ( Bakı, Şamaxı, Şuşa)  və   saray  nümunələridir.
       Kitabda  xalçaların simvolikasını, kompozisiyasını, xəritəsini, ornamentini, qrafikasını  əks etdirilmişdir.
      Kitabın dərs vəsaiti  kimi yenidən dərc edilməsinə ehtiyac  vardır.
      Tədqiqatçı  alimin arzusu müzəffər Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin  ad gününə - Yubileyinə  sözü gedən kitabı hədiyyə etməkdir.  

Sehranə Kasimi,
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent







Baxış sayı: 464


Bölməyə aid digər xəbərlər