Bütün xəbərlər
Elnur Əşrəfoğlu vəfat etdi
Tarix: 19-10-2021 19:37 | Bölmə: Mədəniyyət

                    Elnur Əşrəfoğlu vəfat etdi


Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "Yeni Klinika" məlumat yayıb.
Bildirilib ki, həkimlərin səyinə baxmayaraq Elnur Əşrəfoğlu koronavirus səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 11-də ECMO cihazından ayrılıb.
Xatırladaq ki, tanınmış jurnalistin axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Allah rəhmət etsin!


Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya