Bütün xəbərlər
İki dəfə toyu təxirə düşən Nəzrin nişanı qaytardı
Tarix: 21-06-2021 12:28 | Bölmə: Mədəniyyət

İki dəfə toyu təxirə düşən Nəzrin nişanı qaytardı



Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin nişanını qaytarıb.Axşam.az xəbər verir ki, bu haqda Nəzrin Nəcəfova sosial şəbəkədə yazıb. O, izləyicilərinin ona ünvanlandığı "Nişanlısınız" sualına belə reaksiya verib:
"Bu sual çox gəlib və hər dəfə də cavablamaq istəmirəm. Bu son cavabım olacaq. Nişanlı deyiləm, xahiş edirəm bundan sonra şəxsi həyatla bağlı suallar verməyin".
Qeyd edək ki, Nəzrinin toyu pandemiyaya görə iki dəfə təxirə düşüb. Nəzrin 2019-cu ildə nişanlanmışdı. O, qardaşının dostu ilə ailə qurmağa hazırlaşırdı.


Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya