Bütün xəbərlər
Amaliya Pənahovanın həyatı film oldu - Video
Tarix: 16-06-2021 12:29 | Bölmə: Mədəniyyət

                    Amaliya Pənahovanın həyatı film oldu


Mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan sənədli film çəkilib.
“Qafqazinfo” xəbər verir ki, İctimai Televiziya layihəni aktrisanın doğum gününün şərəfinə hazırlayıb.
“Onun qəribə taleyi. Amaliya Pənahova” adlanan ekran işi aktrisanın evində, çalışdığı teatrlarda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib.
A. Pənahovanı aktrisa Aygün Fətullayeva canlandırıb. Eyni zamanda filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digərləri yer alıb.
Filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyndir.

            


Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya