Bütün xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq media nümayəndələrini Kəlbəcərdə baş vermiş faciəyə biganə qalmamağa çağırıb
Tarix: 06-06-2021 00:10 | Bölmə: Mədəniyyət


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Məhərrəm İbrahimovun, eləcə də Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə, eləcə də AzTV və AZƏRTAC-ın rəhbərliyi və kollektivinə dərin hüznlə başsağlığı verir.
“Müharibənin bitməsinə baxmayaraq, Ermənistan tərəfinin hələ də minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməməsi nəticəsində 100-dən çox insan bu əməllərin qurbanı olmuşdur. Bu beynəlxalq hüquq normalarına tamamilə zidd olmaqla yanaşı, eyni zamanda dünya mediasına yönəlmiş dəhşətli cinayətdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu günahsız insanların ölümü ilə nəticələnən bütün terror əməllərini qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu hallara münasibət bildirilməsinin vacibliyini vurğulayır. Fond Kəlbəcərdə baş vermiş faciə ilə bağlı beynəlxalq media nümayəndələrini məsələyə biganə qalmamağa, həmrəylik nümayiş etdirməyə çağırır”, - deyə başsağlığında qeyd olunur.






Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya