22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Əyilib ayaqqabımı bağlayır, tərimi silir" - Həyat yoldaşından danışdı
Tarix: 27-05-2021 00:17 | Bölmə: Mədəniyyət

"Əyilib ayaqqabımı bağlayır, tərimi silir" - Həyat yoldaşından danışdı


“Aramızda 5-6 yaş fərq var. Koronavirusda yanımda oldu. Əməliyyatda olanda otağıma belə girib. Tədbirlərdə bəzən yanımdadır. Köklüyümə görə bəzən əyilib ayaqqabımı bağlaya bilmirəm, əyilib bağlayır. Tərimi belə silir. Həyatımda bir şansımdır. Gecə saat 3-də deyim ki, filan yerə gedək, razılaşır”.
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə “Bu ana kimi” proqramında deyib. Sənətçi verilişə həyat yoldaşı Murad və oğlu Əli ilə birlikdə qatılıb. Xuraman ərinin ona olan münasibətindən danışıb.
Aktrisadan bəhs edən Murad “Efirdəki və evdəki Xuraman tam fərqlidir. Qəlbimə daha çox efirdəki Xuraman yaxındır. Həyat yoldaşım ideal anadır. Nə olur olsun ölənə qədər onun yanında olacam” deyə, bildirib.



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər