22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlqar Xəyal keçmiş xanımı haqqında: "Bir-birimizi sevirik"
Tarix: 26-05-2021 13:48 | Bölmə: Mədəniyyət

     İlqar Xəyal keçmiş xanımı haqqında: "Bir-birimizi sevirik"


Mətbuatdan uzaq düşən müğənni İlqar Xəyal Azad Azərbaycan televiziyasında ikinci dəfə ailə qurduğunu təsdiqləyib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, ayrıldığı həyat yoldaşını hələ də sevdiyini etiraf edib.
"İkinci dəfə ailə qurmuşam, amma birinci ailəmlə təmasdayıq. Bir-birimizi sevirik, çox hörmət bəsləyirik. Müəyyən problemlərimiz oldu, bizdən asılı olmayan səbəblərə görə ayrılmaq məcburiyyətinə qaldıq. Amma iki-üç gündən bir danışırıq, ünsiyyətdə oluruq. Bir-birimizi "Səni sevirəm" sözü ilə mükafatlandırırıq.
Hazırda ailə qurduğum xanım da bilir ki, biz bir-birimizə hörmət edirik. Övladlarımızla əlaqədər söhbətimizə müdaxilə etmir. İnsandan ayrılmaq olar, amma bu o demək deyil ki, bir-birimizi əbədi tərk edirik. Hər zaman birlikdə övladlarımız üçün valideyn olacağıq. Mənə elə gəlir ki, ömrümüzün sonuna qədər bir-birimizə dərin məhəbbətlə yanaşacağıq.
Övladlarımızın anasını çox sevirəm, baxmayaraq ki, bir-birimizdən ayrılmışıq. Hazırda yaşadığım xanıma da dərin məhəbbətlə yanaşıram. Onun bütün kapriz və istəklərini həyata keçirirəm. Bizim maliyyə, psixoloji problemlərimiz oldu. Çünki keçmiş həyat yoldaşımın valideynləri dünyasını dəyişdi, uzun müddət depressiya yaşadı. Mən heç zaman evdən getməmişəm.
İnsanlar danışırdılar ki, mən ailəmi qoyub, çıxıb getmişəm. Halbuki o məndən istədi ki, müvəqqəti ayrılaq, bu isə üç-dörd il davam etdi. Gördüm, böyük bir depressiyaya düşmüşük, buna görə hansısa addımı atmaq lazımdır. Mən ikinci dəfə ailə qurdum. Sonra anladım ki, bir-birimizdən ayrılmaq çox çətindir.
Ola bilsin, heç vaxt birlikdə olmayacağıq. Amma niyə də bir-birimizə qarşı hörmət etməyək, övladlarımız var".

Qeyd edək ki, müğənninin ilk nikahından üç oğlu var. Keçmiş həyat yoldaşı Sevil bir vaxtlar İlqar Xəyalın pərəstişkarı olub.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər