22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Sevgim elə parçalandı ki..." - Könül Kərimova
Tarix: 21-05-2021 01:12 | Bölmə: Mədəniyyət

"Sevgim elə parçalandı ki..." - Könül Kərimova



"Üzümün belə qalmasını genlərimizə borcluyam. Heç nə etmirəm. Bu prosedurlara qarşı çox tənbələm. Bəlkə ona görə də üzüm belə qalıb. İndi cavan qızlar yerli, yersiz nələr edirlər. Bəzən bunlar heç yaxşı da alınmır".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Səhər mərkəzi" verilişində deyib. Müğənni üzünə botoks etdirməklə bağlı ünvanına yazılan şərhlərə cavab verib.
Kərimova "Sevgini kişi, yoxsa qadın ilk etiraf etməlidir" sualına "Kişi... Bizdə mentalitet belədir. Olmaz" cavabını verib.
Sevgidən danışan Kərimova həyatında sevginin olmadığını söyləyib:
"İnsan yaşa dolandan sonra sevgi sönür, keçir arxa plana. İndi sevgim övladlarıma, nəvəmə var. Dediyiniz sevgi elə parçalanır ki... Dediyiniz sevgi çox uzaqda qalır. Bizim qanımızda var, istəsək də alınmır. Özümüz üçün yaşaya bilmirik".



Baxış sayı: 482


Bölməyə aid digər xəbərlər