Bütün xəbərlər
Putin Brilliant Dadaşovanın həyat yoldaşını mükafatlandırdı
Tarix: 17-05-2021 00:22 | Bölmə: Mədəniyyət

                   Putin Brilliant Dadaşovanın həyat yoldaşını mükafatlandırdı



Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.
"Qafqazinfo" xəbər verir ki, Rusiya Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi töhfələrə görə mükafatlandırılıb.
Qeyd edək ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın əridir.


Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya