Bütün xəbərlər
Polad Bülbüloğlu Şuşada ayaqüstə dinlənildi - Video
Tarix: 12-05-2021 22:51 | Bölmə: Mədəniyyət

                        Polad Bülbüloğlu Şuşada ayaqüstə dinlənildi


Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalında diqqətçəkən məqamlardan biri də Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun ifası olub. 
“Qafqazinfo” xəbər verir ki, milli geyimdə festival iştirakçılarının qarşısına çıxan sənətkar özünün bəstələdiyi “Azərbaycan” və “Şən Azərbaycan” mahnılarını səsləndirib.  
İfanın sonuna yaxın festival qonaqları Xalq artistini ayaqüstə alqışlayıblar. Polad Bülbüloğlunun ifası ilə “Xarıbülbül” musiqi festivalının ilk konsert günü başa çatıb.

             


Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya