Bütün xəbərlər
Idman idarəsinin mətbuat katibi Parisdə istirahətə görə işdən çıxarılıb
Tarix: 18-07-2024 23:44 | Bölmə: Karusel

Sevastopol idman idarəsinin əməkdaşı ad gününü Fransa paytaxtında qeyd etdiyi üçün işdən çıxarılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədə mətbuat katibi vəzifəsini tutan qız sosial şəbəkələrdə Eyfel qülləsi fonunda çəkdirdiyi şəklini yerləşdirərək arzusunun gerçəkləşdiyi yazısını əlavə edib. Bu hərəkət əmək müqaviləsinə xitam vermək qərarına gələn rəhbərliyin qınağına səbəb olub.
Sevastopol idman idarəsinin rəisi Sergey Rezniçenko hadisə ilə bağlı mediadan xəbər tutub.
“Nəzərə alsaq ki, Fransa indi ölkəmizə qarşı düşmən mövqe tutur, Ukrayna ordusunu bizim Sevastopolu vurmaq üçün istifadə olunan raketlərlə təchiz edir, belə bir səfər və onun sosial şəbəkələrdə nümayişi xüsusilə əxlaqsız görünür”, - Rezniçenko bildirib.
Mətbuat katibi dövlət işçisi deyildi və xaricə çıxış qadağası yox idi. O, tətili zamanı iş adamı ərinin hesabına Parisə gedib.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər