Bütün xəbərlər
Şeremetyevo: hava şəraiti ilə əlaqədar uçuş və enişlə bağlı məhdudiyyətlər hələ tətbiq edilməyib
Tarix: 14-07-2024 19:42 | Bölmə: Karusel

Şeremetyevo hava limanı pisləşən hava şəraiti ilə əlaqədar təyyarələrin qalxması və enməsinə hələlik müvəqqəti məhdudiyyətlər tətbiq etməyib. Sərnişinlərə xidmət həmişəki kimi davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının teleqram kanalında məlumat verilib. “Təyyarələrin qalxıb-enişi, reyslərə və sərnişinlərə uçuş və eniş üçün xidmət göstərilməsi qrafik üzrə, məhdudiyyətsiz həyata keçirilir”, - nəşrdə deyilir.
Bundan əvvəl hava limanının nümayəndələri iyulun 14-də saat 17:00-dan sonra uçuş və enişlə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq etmək niyyətində olduqlarını bəyan etmişdilər.
"Hazırda hava ilə bağlı məhdudiyyətlər qüvvəyə minməyib və hava hesabatında dəyişikliklərlə əlaqədar ləğv edilib", - mətbuat xidmətindən bildiriblər.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər