13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsinin hava məkanını pozduğunu açıqlayıb
Tarix: 15-06-2024 16:18 | Bölmə: Karusel

İsveç silahlı qüvvələri Rusiya təyyarəsinin Qotland adasının şərqinə uçarkən ölkənin hava məkanını pozduğunu bildirib, yerli "Expressen" qəzeti yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin sözlərinə görə, İsveç Hərbi Hava Qüvvələrinin siqnallarına baxmayaraq, Rusiya təyyarəsi öz marşrutundan yayınmayıb, lakin uzun müddət İsveçin hava məkanında olmayıb.
İsveç Xarici İşlər Nazirliyi insidentə etiraz etmək üçün Rusiya səfirliyi ilə əlaqə saxlamaq niyyətindədir, xarici işlər naziri Tobias Billström SVT televiziyasına bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi "Tu-95MS" strateji raketdaşıyıcıları və "Tu-22M3" uzaqmənzilli bombardmançı təyyarələrinin Baltik, Barents və Norveç dənizlərinin neytral suları üzərində uçuşlar həyata keçirdiyi barədə məlumat yayıb. Marşrutun müəyyən hissələrində Rusiya təyyarələrini də xarici ölkələrin qırıcıları müşayiət edirdi.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər