Bütün xəbərlər
Rusiya cinsiyyət dəyişdirmə əməliyyatını qadağan edə bilər
Tarix: 30-05-2023 22:25 | Bölmə: Karusel


Dövlət Dumasına ölkədə cinsiyyətin dəyişdirilməsi əməliyyatlarının tam qadağan edilməsini təklif edən qanun layihəsi təqdim edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının vitse-spikeri Pyotr Tolstoy öz Telegram kanalında məlumat verib. Layihənin müəllifi 400-ə yaxın deputat olub.
Petr Tolstoy qeyd edib ki, Qərb transgender sənayesi ölkəmizə də sızmağa çalışır. Qanun layihəsi Rusiyanı mədəni və ailə dəyərləri, ənənəvi təməlləri ilə nəsillər üçün qoruyub saxlamağa yönəlib.
Uşaqlarda anadangəlmə anomaliyaların istisna edilməsi təklif olunur. Ancaq bu vəziyyətdə də müdaxiləyə fərdi həkim tərəfindən deyil, yalnız tibbi komissiyanın qərarı ilə icazə verilə bilər.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər