Bütün xəbərlər
Qarmon ifaçısı COVID-19-dan dünyasını dəyişdi
Tarix: 14-04-2021 23:16 | Bölmə: Karusel

                 Qarmon ifaçısı COVID-19-dan dünyasını dəyişdi



Qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Abbas Bağırov instaqram hesabında paylaşım edib. 
İfaçının sözlərinə görə, Nəbi Məmmədov bir həftədən çox koronavirusa yoluxub və səhhəti pisləşib. Virusla mübarizə aparan qarmon ifaçısı sonda COVID-19-un qurbanı olub.
Qeyd edək ki, 31 yaşlı N.Məmmədov Hüseyn Məmmədoğlunun ansamblında çıxış edib. Onun bir neçə gün öncə oğul övladı dünyaya gəlib. Bu zaman qarmon ifaçısı komada olub.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər