22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Daha bir qaziyə vəzifə verildi
Tarix: 19-02-2021 23:04 | Bölmə: Karusel

             Daha bir qaziyə vəzifə verildi


Daha bir Vətən müharibəsi qazisinə vəzifə verilib.
“Qafqazinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli döyüşlərdə yaralanmış Vətən Müharibəsinin iştirakçılarındandır. O, Prezidentin  sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.


Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər