14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Baş redaktor: "Nə qədər ki, sağam, şəhidlərimizin ailələrini həmişə diqqətdə saxlayacağam"-Zəfər Gününü onlar bəxş edib bizə
Tarix: 04-11-2021 23:10 | Bölmə: Gündəm

Bu balaca qız şəhidimiz Tərlan Fətullayevin övladıdır


Şəhidlər ölməzdir. Onlar əbədi qəlbimizdədirlər. Mən demək olar ki, onların məzarlarını ziyarət edirəm, ailələri, yaxınları ilə tez-tez-görüşürəm, tədbirlərində iştirak edirəm. Onların ən çox mənəvi dayağa ehtiyacı var. Tək mən, mənim simamda vətənpərvər, səmimi, zəhmətkeş insanlar yox, məmurlarda tez-tez onlara başa çəkməli, onların yanında olmalıdırlar, hansısa bir problemləri varsa həll etməlidirlər. Şəhid ailələrinin hansısa məmur biganəliyindən, özbaşınalığından şikayətlənməsini eşitmək, görmək istəməzdim...
    Nə qədər ki, sağam, şəhidlərimizin ailələrini həmişə diqqətdə saxlayacağam, onların məzarını ziyarət edəcəyəm. Təki bir ömür bəs etsin bu işləri görməyə.
   Bu Zəfər Gününü onlar bəxş edib bizə.Bu sevinci onlara hesab yaşamışıq, yaşayırıq.
    Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər