Bütün xəbərlər
İranda avtobusun qəzaya uğraması nəticəsində azı 35 nəfər ölüb
Tarix: 21-08-2024 10:48 | Bölmə: Dünya

İranın Yəzd şəhərində avtobusun qəzaya uğraması nəticəsində Pakistandan olan azı 35 zəvvar ölüb, 15-i ağır yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, avtomobil qəzası əyləc nasazlığı səbəbindən baş verib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıb.
"Radio Pakistan" xəbər verir ki, sərnişinlərin əksəriyyəti Larkana, Qotki və Sind əyalətinin digər şəhərlərindən olub.
Avqustun 18-də Belarusda Moskva-Brest avtobusunun qəzaya uğraması xəbəri yayılıb. Üç sərnişin yaralanıb.


Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər