Bütün xəbərlər
Avstriyada güclü dolu sərnişin təyyarəsinə ziyan vurub
Tarix: 10-06-2024 09:05 | Bölmə: Dünya

Avstriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Vyanaya yaxınlaşarkən dolu fırtınasına düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Palma-de-Malyorkadan Vyanaya uçan Airbus A320 sərnişin təyyarəsi güclü doluya tutulub. Təyyarənin salonun iki ön şüşəsi, təyyarənin burnu və bəzi bəzək elementləri zədələnib. Bu barədə “Kronen Zeitung” məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Vyana hava limanına təhlükəsiz eniş edib. Zərər yoxdur. Hazırda təyyarəyə dəymiş ziyan hesablanır.
Bundan əvvəl Pulkovoda yük maşını sərnişin təyyarəsinin qanadını zədələyib.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər