Bütün xəbərlər
Kanadanın Toronto şəhər parkında Məhəmməd Əmin Rəsulzadənin xatirə lövhəsi qoyulub
Tarix: 15-02-2021 09:51 | Bölmə: Dünya

   Kanadanın Toronto şəhər parkında Məhəmməd Əmin Rəsulzadənin xatirə lövhəsi qoyulub



Kanadanın Ontario əyalətinin Toronto şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin adı əbədləşdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Torontoda yaşayan Azərbaycan diasporu fəalları Altay Zeynalovun, Aqil Quliyevin təşəbbüsü və səyləri nəticəsində Toronto şəhərinin ikinci böyük parkı "G Ross Lord"da M.Ə.Rəsulzadənin xatirəsinə Kanadanın simvolu olan ağcaqayın ağacı əkilib və onun haqqında məlumatların əks olunduğu xatirə lövhəsi qoyulub.
A.Zeynalovun sözlərinə görə, "G Ross Lord" parkının rəhbərliyinə rəsmi müraciətdən bir müddət sonra ağac əkmək üçün icazə verilib: "Məqsədimiz uzaq Kanadada Azərbaycanın tarixi şəxsiyyətləri, milli mənəvi dəyərləri, eləcə də adət-ənənələri barədə təbliğat aparmaqdır. Bu fəaliyyətimiz ənənəvi xarakter daşıyır. Belə ki, bundan əvvəl Torontonun mərkəzində yerləşən Ontario gölünün kənarında Xocalı faciəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş həmvətənlərimizin xatirəsinə ağac əkmişdik. Bu aksiyanı növbəti illərdə də davam etdirəcəyik".








Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər