Bütün xəbərlər
Dron parçaları düşən evin damı alovlanıb
Tarix: 23-01-2026 09:43 | Bölmə: Digər

Voronej vilayətində dron parçaları düşən fərdi evin damı alovlanıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev Telegram kanalında məlumat verib.
Dünən gecə hava hücumundan müdafiə qüvvələri bölgənin rayonlarından birinin üzərində səmada iki dron aşkar edərək məhv edib.Dron parçalarının düşməsi evin damında yanğına səbəb olub.
"Dron parçalarının düşməsi nəticəsində fərdi evin damı alovlanıb. Yanğın tez bir zamanda söndürülüb", - Aleksandr Qusev yazıb.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Evdə yaşayan üç nəfərlik ailə müvəqqəti olaraq qohumlarının yanında yerləşdirilib.
Viloyat qubernatoru qeyd edib ki, təmir işləri tezliklə başlayacaq.
O, həmçinin Voronej vilayətində dron hücumları təhlükəsinin sona çatdığını elan edib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər