Bütün xəbərlər
Zavodda xlor zəhərlənməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 23-01-2026 09:31 | Bölmə: Digər

Bratskdakı zavodda işçilərin xlordan zəhərlənməsi ilə bağlı İstintaq Komitəsi cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Müstəntiqlərin sözlərinə görə, 21-22 yanvar tarixləri arasında ağac emalı zavodunda xlor sızması baş verib və nəticədə altı işçi xəsarət alıb.Onlar tibbi yardım almağa məcbur olublar.
Agentlik yazır: "Rusiya İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin Bratsk şəhəri üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 246-cı maddəsi (iş zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması) ilə cinayət işi açıb.
Müstəntiqlər hadisə yerinə baxış keçirib və məhkəmə-tibbi ekspertiza təyin ediblər.
İnsanların sağlamlığına dəyən zərərin ağırlığı dəqiqləşdirilir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər