Bütün xəbərlər
Baş verən partlayışda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 08-01-2026 23:13 | Bölmə: Digər

İstintaq Komitəsi Nijni Tagildə baş verən partlayışda fəhlənin ölümü ilə bağlı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Hadisə 8 yanvar cümə axşamı günü Trikotajnikov küçəsindəki qazanxanada baş verib.
"Fəhlənin ölümü ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi (əmək təhlükəsizliyi tələblərinin pozulması, səhlənkarlıq nəticəsində bir nəfərin ölümünə səbəb olma) ilə cinayət işi açılıb", - agentlik yazıb.
Əvvəllər xəbər verildiyi kimi, partlayış qazanxanada divarın uçmasına səbəb olub və daha sonra yanğın başlayıb. Mütəxəssislər yanğını bir saatdan az müddətdə söndürüblər.Yanğınsöndürmə prosesi zamanı 1966-cı il təvəllüdlü bir işçinin cəsədi aşkar edilib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər