Bütün xəbərlər
"Flightradar": Dubaydan Moskvaya uçan "Utair" təyyarəsi qəza siqnalı verdi
Tarix: 08-01-2026 18:43 | Bölmə: Digər

"Flightradar" məlumatlarına görə, Dubaydan Moskvaya uçan təyyarə qəza siqnalı verdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarə "Utair"ə məxsusdur.
767-224 reysi Əl-Maktum hava limanından yola düşdü.Təyyarə 8 yanvar tarixində Moskva vaxtı ilə saat 21:15-də Vnukovo hava limanına enməli idi. Lakin uçuş zamanı təyyarə göyərtədə qəza siqnalı verdi.
İlkin məlumatlara görə, qəza havaya qalxdıqdan dərhal sonra baş verib. Təyyarə hazırda yanacaq yandırır. Məlumatlar göstərir ki, təyyarə artıq şəhər ətrafında 10 dəfədən çox dövrə vurub.
3 dekabrda Moskvadan Phuketə uçan "Red Wings Airlines" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı verdi. Aviasiya orqanlarının o vaxt bildirdiyi kimi, sərnişin təyyarəsi texniki problem səbəbindən Domodedovo hava limanına qayıtmağa hazırlaşırdı.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər