Bütün xəbərlər
Baş verən yanğında iki uşaq və atası ölüb
Tarix: 03-01-2026 22:36 | Bölmə: Digər

Moskva Vilayət Prokurorluğunun məlumatına görə, Podolskda fərdi evdə baş verən yanğında bir kişi və iki uşaq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə 3 yanvar şənbə günü Kutyno kəndində baş verib.
İdarə Telegram kanalında bildirib ki, "7 və 9 yaşlı iki oğlan, eləcə də 65 yaşlı atası ölüb".
Səhlənkarlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidmətinin məlumatına görə, yanğının ilkin səbəbi odla ehtiyatsız davranma olub.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər