18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
Bütün xəbərlər
Yaşayış binasındakı mənzildə yanğın baş verib, ölənlər var
Tarix: 03-01-2026 18:02 | Bölmə: Digər

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, Permdə yaşayış binasındakı mənzildə yanğın baş verib, ölənlər var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın 3 yanvar şənbə günü gecəsi Vedeneeva küçəsində yerləşən binada başlayıb.Alovların 10 kvadrat metrə yayıldığı ehtimal olunur.
"Yerə çatdıqdan sonra ilkin dəstə yanğının mənzilin içərisində baş verdiyini müəyyən edib. Təəssüf ki, ölənlər var", - deyə, idarənin açıqlamasında bildirilib.
Yanğın səhər tezdən söndürülüb. Yanğını söndürmək üçün doqquz texnikadan istifadə edən iyirmi altı yanğınsöndürən cəlb edilib.
Müstəntiqlər hadisənin səbəbini araşdırırlar.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər