18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
Bütün xəbərlər
İki azyaşlı uşaq öldürülüb
Tarix: 03-01-2026 17:47 | Bölmə: Digər


Ust-İlimskdə 6 və 8 yaşlı iki uşaq öldürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, atalarının onları öldürdüyü güman edilir.
Şənbə günü, 3 yanvar gecəsi Ust-İlimsk prospektindəki bir mənzildə zorakılıqla öldürülmə əlamətləri olan cəsədlər tapılıb.
İdarə özünün Telegram kanalında bildirib ki, "Ust-İlimskdəki Karl Marks prospektindəki bir mənzildə zorakılıqla öldürülmə əlamətləri olan 6 və 8 yaşlı iki uşağın cəsədi tapılıb".
Yetkinlik yaşına çatmayanların qətli ilə bağlı cinayət işi açılıb. Müstəntiqlər atanın cinayətdə iştirak etdiyini və sonradan intihar etdiyini düşünürlər.
"Şübhəli azyaşlı uşaqların atasıdır... Əvvəlki gün kişi ilə həyat yoldaşı arasında qısqanclıqdan qaynaqlanan münaqişə baş verib və o, anası ilə qalmağa gedib", - deyə, idarə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırırlar.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər