Bütün xəbərlər
Məktəb yanğını ikinci gündür ki, davam edir
Tarix: 02-01-2026 22:01 | Bölmə: Digər

Novqorod vilayətinin Pestovski rayonunun Boqoslovo kəndində taxta məktəb binası yanır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Əhalinin Mühafizəsi Departamenti məlumat verib.
Yanğın 500 kvadratmetrdən çox ərazini əhatə edib. Kiçik alov ocaqları təkrarlanır və bina tamamilə məhv olub.
"Yanğın barədə məlumatlar dünən səhər saat 7:31-də daxil olub. Saat 9-da yanğın məhdudlaşdırılıb, saat 10:27-də isə açıq alov söndürülüb. Yanğın 524 kvadratmetr ərazini əhatə edib", - məktəbin rəsmi VKontakte səhifəsində deyilir.
Regional yanğınsöndürmə xidmətinin 13-cü Yanğından Mühafizə Bölməsi hadisə yerində işləyir. Fövqəladə hal nəticəsində xəsarət alan olmayıb.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər