Bütün xəbərlər
Polis heyvan ölümlərindən sonra sığınacağı araşdıracaq
Tarix: 21-12-2025 19:19 | Bölmə: Digər

Polis Rostov vilayətinin Aksayski rayonundakı sığınacaqda heyvanlara qarşı qəddarlıqla bağlı məlumatları araşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat verib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, daha əvvəl media orqanları "Unudulmuş ürəklər" sığınacağında bir neçə it və pişik ölü tapıldığını bildirib.
"Polis əməkdaşları hadisə yerinə gəliblər. Hazırda hadisənin səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır", - deyə, Daxili İşlər Nazirliyi bildirib.
İstintaqın nəticələrinə əsasən, cinayət işinin başlanması barədə qərar veriləcək.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər