Bütün xəbərlər
Bir qrup yeniyetmə həmyaşıdlarına hücum edib
Tarix: 20-12-2025 19:17 | Bölmə: Digər

Qaraçay-Çərkəsdə məktəbdə və küçədə həmyaşıdlarına hücum edən bir qrup yeniyetməyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsi məlumat verib.
Departamentdən aydınlıq gətirilib ki, yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətləri sosial media vasitəsilə məlum olub.
Bəyanatda deyilir: "Bu hadisə ilə bağlı dərhal prosedur araşdırması başlanıb və nəticədə Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb".
Qaraçay-Çərkəs Respublikası Daxili İşlər Nazirliyi hadisənin bütün iştirakçılarının artıq müəyyən edildiyini açıqlayıb.
"İlkin məlumata görə, videoda təsvir olunan hadisə iki həftə əvvəl baş verib: yeniyetmələr arasında şifahi mübahisə davaya çevrilib.Polisə heç bir məlumat daxil olmayıb", - polis bildirib.
Həmçinin iki yeniyetmənin altıncı sinif şagirdinə hücum etdiyi və qurbanın anasının polisə məlumat verdiyi aşkar edilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər