Bütün xəbərlər
Təcili yardım işçilərinə hücum edən şəxs saxlanılıb
Tarix: 02-12-2025 12:25 | Bölmə: Digər

Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə Telegram kanalına istinadən verdiyi məlumata görə, polis Sankt-Peterburqda təcili yardım işçisini döyən şəxsi saxlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum 28 noyabrda Narodnaya küçəsində, təcili yardım briqadası xəstəni xəstəxanaya apararkən baş verib.
Məlumatda deyilir: "Təcili yardım maşınında xəstəxanaya aparılan xəstə ona yumruqla hücum edib, sonra o, Dairəvi Yola qaçıb".
27 yaşlı təcili yardım işçisi beyin silkələnməsi alıb və orta vəziyyətdə xəstəxanaya aparılıb.
Hücum edən şəxs polis tərəfindən Novqorod vilayətinin Volot kəndində tapılıb və Sankt-Peterburqa aparılıb. Cinayət işi açılıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər