09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
17 yaşlı anası yeni doğulmuş körpəsini qətlə yetirdiyinə görə həbs edilib
Tarix: 11-10-2025 10:30 | Bölmə: Digər

Rusiya Federasiyası İstintaq Komitəsinin Altay diyarı üzrə Telegram kanalında yayılan məlumata görə, 17 yaşlı Barnaul sakini yeni doğulmuş uşağını öldürməkdə şübhəli bilinərək həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, körpənin meyiti oktyabrın 10-da axşam saatlarında Malaxov küçəsi yaxınlığında aşkar edilib. Hüquq-mühafizə orqanları hamiləliyini valideynlərindən gizlədən azyaşlının qətldə əli ola biləcəyini müəyyən edib.
"Doğulduğu gün evdə tək qalan o, sağlam oğlan uşağı dünyaya gətirib. Valideynlərinin baş verənlərdən xəbər tutacağından qorxaraq oğlunun boynundan və döş qəfəsindən bir neçə bıçaq xəsarəti yetirib", - agentliyin məlumatında deyilir.
Hazırda şübhəli şəxs həbsdədir. Müstəntiqlər yaxın vaxtlarda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcəklər.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər