Bütün xəbərlər
Azyaşlı uşağını 4-cü mərtəbənin pəncərəsindən atan ata saxlanılıb
Tarix: 09-10-2025 10:25 | Bölmə: Digər

Ufada azyaşlı uşağı öldürməyə cəhddə şübhəli bilinən ata saxlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası üzrə İstintaq Komitəsi (İK) məlumat yayıb.
Şəhərin meri Ratmir Mavliev hadisə barədə bir qədər əvvəl məlumat verib.
İstintaqın məlumatına görə, oktyabrın 9-da səhər saatlarında şübhəli şəxs iki yaşlı qızını Ulyanov küçəsindəki dördüncü mərtəbədəki mənzilin pəncərəsindən atıb. 34 yaşlı ataya qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (Yetkinlik yaşına çatmayan uşağı öldürməyə cəhd) ilə cinayət işi açılıb.
Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağırdır.
"Hazırda həmin şəxs saxlanılıb, istintaq hərəkətləri davam etdirilir", - İstintaq Komitəsinin Telegram kanalında dərc olunan məlumatda deyilir.
Hadisə yerində istintaq idarəsinin rəhbərliyi və müstəntiqləri, o cümlədən kriminalistlər və polis əməkdaşları işləyir. Hadisə yerinə baxış keçirilir, hadisə şahidləri və digər şahidlər dindirilir, ailənin yaşayış şəraiti araşdırılır.
Rayon prokurorluğundan əlavə ediblər ki, hadisə zamanı ata və qız mənzildə tək olub, ana və böyük oğlu isə başqa şəhərdəki sanatoriyaya gediblər.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər