Bütün xəbərlər
Sərnişin avtobusu yanıb
Tarix: 09-10-2025 10:22 | Bölmə: Digər

Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin Telegram kanalına istinadən verdiyi məlumata görə, Samarada MAZ markalı sərnişin avtobusu yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın Daşkentskaya küçəsində baş verib. Həmin vaxt avtomobildə 7 sərnişin olub.
"Yanğınsöndürənlər sürətlə hadisə yerinə gəlib və yanğını söndürüblər. Xəsarət alan olmayıb", - məlumatda deyilir.
İdarədən qeyd ediblər ki, sərnişinlər avtobusdan özbaşına qaça biliblər. Yanğının söndürülməsinə 12 yanğınsöndürən və iki texnika cəlb olunub.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər