Bütün xəbərlər
Məktəbli qız traktorun kabinəsindən yıxılaraq ölüb
Tarix: 06-10-2025 14:19 | Bölmə: Digər

Yakutiyada müstəntiqlər traktorun vurduğu səkkiz yaşlı qızın ölümünün səbəblərini araşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, Rusiya Federasiyasının Respublika üzrə İstintaq Komitəsi məlumat yayıb.
Hadisə sentyabrın 19-da Ust-Yanski rayonunun Yukagir kəndində baş verib. İstintaq Komitəsinin məlumatına görə, 58 yaşlı kişi kabinədə səkkiz yaşlı qızla "Belarus 82.1" markalı traktoru idarə edib. Qız geriyə hərəkət edərkən kabinədən yıxılıb və onu təkərlər vurub.
"Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb", - İstintaq Komitəsinin açıqlamasında bildirilir.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər