20:09 / 04-10-2025
Partlayış baş verib
Bütün xəbərlər
Quşçuluq fermasında baş verən yanğında 400 toyuq tələf olub
Tarix: 04-10-2025 20:19 | Bölmə: Digər

Çeboksarı rayonunun Xurınlıx kəndində quşçuluq fermasının ərazisində yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Çuvaşiya Respublikası üzrə Baş İdarəsinin Telegram-kanalının məlumatına görə, yanğın 400-dən çox toyuqun həyatına son qoyub.
Hadisə oktyabrın 3-də baş verib. Yanğın 17 kvadratmetr ərazini əhatə edib. Təsərrüfat işçiləri alovu özləri söndürə bilsələr də, tələfat var.
“Yanğın quşçuluq evinin binasında baş verib, qəfəs batareyalarından birinin konveyer lentinin bir hissəsini əhatə edib.Yanğın zamanı 400-dən çox toyuq tələf olub”, - məlumatda deyilir.
Yanğının səbəbi dəqiqləşdirilməyib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər