Bütün xəbərlər
Təcili yardım maşını ilə elektrik avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb
Tarix: 02-10-2025 15:57 | Bölmə: Digər

Moskvada təcili yardım maşını və elektrik avtobusunun iştirakı ilə qəza baş verib, nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.Hadisə oktyabrın 2-də cümə axşamı saat 11:05-də Mitino rayonu ərazisində, Pyatnitskoye şossesində baş verib. İlkin məlumata görə, təcili yardım maşını toqquşmadan sonra aşıb.
Sürücü, tibb işçisi və pasiyent xəsarət alaraq xəstəxanaya aparılıb. Təxliyyə üçün Moskva Aviasiya Mərkəzinin helikopterindən istifadə edilib. Avtobus sürücüsü və sərnişinlər xəsarət almayıb.
Hazırda hadisə yerində yol polisi işləyir. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər