Bütün xəbərlər
Bir yaşlı oğlunu vəhşicəsinə döyüb
Tarix: 28-09-2025 19:20 | Bölmə: Digər

Voronej sakini azyaşlı oğlunu vəhşicəsinə döyməkdə ittiham olunub və həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, sentyabrın 23-də axşam saatlarında 24 yaşlı ana Leninski rayonundakı mənzildə bir yaşlı uşağını döyüb və nəticədə ağır bədən xəsarətləri alıb. Uşaq xəstəxanaya yerləşdirilib.
Qadına qarşı azyaşlıya qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.
Müstəntiqlərin tələbi ilə məhkəmə təqsirləndirilən şəxsin həbsinə qərar verib.
Öz növbəsində, Voronej vilayəti prokurorluğu uşaq baxımsızlığının və hüquq pozuntularının qarşısının alınması sistemində iştirak edən qurumların işi ilə bağlı araşdırmalara başlayıb.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər