Bütün xəbərlər
Tapança ilə mağazanı qarət edib
Tarix: 27-09-2025 10:03 | Bölmə: Digər

Barnaulda oyuncaq tapança ilə silah gücünə quldurluq edən quldur saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin təfərrüatları barədə Altay diyarı polisinin Telegram kanalı məlumat yayıb.
Dünən gecə bir meyxanaçı Jeleznodorojnı rayon polis bölməsinə məlumat verib. O, bildirib ki, naməlum şəxs onu silaha bənzər əşya ilə hədələyib və spirtli içki oğurlayıb.
Oğurluqdan dərhal sonra 19 yaşlı yerli sakin saxlanılıb. O, bara girdiyini, soyuducudan dörd şüşə pivə götürərək getdiyini etiraf edib. Daha sonra onun arxasınca qaçan meyxanaçıya oyuncaq tapança ilə hədə-qorxu gəlib.
Faktla bağlı cinayət işi açılıb, gənc nəzarətə götürülüb. Onun bardan çıxarkən oyuncaq silahı atdığı məlum olub.



Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər