Bütün xəbərlər
Ayının hücumu nəticəsində yaralanan qadın xəstəxanada dünyasını dəyişib
Tarix: 25-09-2025 06:01 | Bölmə: Digər

Cümə axşamı səhər Petropavlovsk-Kamçatskidə ayının hücumuna məruz qalan qadını xilas etmək mümkün olmayıb; Kamçatka diyarının Səhiyyə Nazirliyindən verilən məlumata görə, o, həyatı ilə uyğun gəlməyən xəsarətlər alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Nazirlikdən bildirildiyinə görə, reanimasiyaya baxmayaraq, xəstə dünyasını dəyişib. Agentliyin əməkdaşları qadının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Regional hökumətin daha əvvəl bildirdiyi kimi, Petropavlovsk-Kamçatskinin Leninski rayonunda ayı hücumu nəticəsində yaralanan qadın regional xəstəxanaya yerləşdirilib və reanimasiyadadır. O, baş dərisindən və qolundan xəsarət alıb. Qadına hücum edən ayı məhv edilib.



Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər